Logo

“Soprano ailəsi”nin aktyoru vəfat edib

03.03.2022 09:45 410 baxış
IMG

Amerikalı aktyor Ned Eyzenberq vəfat edib.

Bu barədə onun həyat yoldaşı, aktrisa Patrisiya Dannok məlumat verib.

Sənətçinin 66 yaşında dünyasını dəyişdiyi məlum olub.

Mərhumun həyat yoldaşının sözlərinə görə, son iki ildə o, şou-biznesdə fəaliyyətini davam etdirərkən xərçənglə mübarizə aparıb.

Qeyd edək ki, Ned Eyzenberq 13 yanvar 1957-ci ildə ABŞ-ın Filadelfiya şəhərində anadan olub. O, aktyorluq karyerasına 1980-ci illərdə başlayıb. Ümumilikdə, Eyzenberq 70-dən çox film və serialda çəkilib. Onlardan ən populyarı isə “Soprano ailəsi” olub.

Mənbə: lenta.ru

Xəbər lenti