Logo

Gürcüstanda doktorantura təhsili alan Azərbaycan vətəndaşlarının sayı artıb

02.03.2022 11:31 664 baxış
IMG

Gürcüstanda doktorantura təhsili alan Azərbaycan vətəndaşlarının sayı artıb.

Report-un yerli bürosunun xəbərinə görə, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib ki, 2021-ci ildə bu ölkədə ali təhsilin doktorantura pilləsinə 4 nəfər Azərbaycan vətəndaşı qəbul olunub.

Sənədə əsasən, həmin şəxslərin ikisi qadın, ikisi isə kişidir. İllik müqayisədə qonşu ölkədə doktoranturada təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 nəfər artıb.

Gürcüstanda hazırda doktoranturada oxuyan xarici ölkə vətəndaşlarının ümumi sayı 33 nəfər təşkil edir ki, bu da ötən illə müqayisədə 1 nəfər çoxdur.

Xəbər lenti