Logo

Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

02.03.2022 11:20 698 baxış
IMG

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Report-un yerli bürosunun xəbərinə görə, Gürcüstanın Milli Statistika İdarəsinin 2021-2022-ci tədris ili üzrə hesabatında bildirilib ki, hazırda bu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 903 nəfər təşkil edir.

Sənədə əsasən, onların 357-si dövlət, 546-sı isə özəl universitetlərin tələbələridir.

2020-2021-ci tədris ili ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 nəfər artıb.

Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşı yoxdur.

Qonşu ölkənin ali təhsil ocaqlarında ümumilikdə 17 501 nəfər əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 2 884 nəfər çoxdur.

Xəbər lenti