Logo

"Xaricdə oxuyan tələbə bu halda dövlətin pulunu qaytarmalıdır" - Nazirdən AÇIQLAMA

01.03.2022 15:50 712 baxış
IMG

“Xaricdə təhsillə bağlı yaş məhdudiyyəti meyarlar olaraq müəyyən ediləcək".

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, yəqin ki, əvvəlki proqramda olduğu kimi bu meyar 35-40 yaş arası olacaq: "Hələ bu meyar dəqiqləşməyib. Məsələ dəqiqləşəndən sonra ictimaiyyətə açıqlanacaq. Əgər xaricdə dövlət proqramı ilə təhsil alan tələbə ölkəyə qayıtmaqdan imtina edərsə dövlətin pulunu qaytarmalıdır. Dövlət ona görə tələbələri maliyyələşdirir ki, ölkənin ehtiyaclarına uyğun fəaliyyət qursun".

Xəbər lenti