Logo

Nazir: "Universitetlərin reytinqi ilə ixtisasların reytinqi üst-üstə düşmür”

01.03.2022 14:49 873 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın məqsədi 5 il ərzində hər il təxminən 400, ümumilikdə 2000 Azərbaycan gəncinə xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin maliyyə dəstəyini verməkdən ibarətdir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, təhsil haqqı və müvafiq ölkələrin xüsusiyyələri nəzərə alınmaqla təqaüdlərin verilməsi, ümumilikdə təhsillə bağlı bütün xərcləri ödəməkdən ibarətdir: “Builki proqram əvvəlki proqramlardan fərqli olacaq. Təhsil Nazirliyi olaraq növbəti ildən başlayaraq konkret proqramları elan edəcəyik. Əvvəlki proqramda universitetlərin siyahıları var idi və tələbə istədiyi universiteti seçə bilərdilər. Yeni proqramda isə hansı ixtisasın hansı universitetində daha yüksək tədris olunduğu qeyd olunacaq. Təcrübələrimiz göstərir ki, universitetlərin reytinqi ilə ixtisasların reytinqi üst-üstə düşmür”.

Xəbər lenti