Logo

“Disney” öz filmlərinin Rusiya ərazisində nümayişini dayandırıb

01.03.2022 13:46 777 baxış
IMG

Amerikanın “The Walt Disney Company” kompaniyası öz filmlərinin Rusiya ərazisində nümayişini dayandırıb.

Tehsil.biz CNBC telekanalına istinadla xəbər verir ki, bu barədə kompaniyanın bəyanatında deyilir. Bəyanata əsasən, Ukraynada aparılan hərbi əməliyyatlar və dərin humanitar böhran səbəbindən Rusiya kinoteatrlarında film nümayişləri, o cümlədən “Pixar” kinostudiyasının “Turning Red” cizgi filminin premyerası dayandırırıb.

“The Walt Disney Company”, həmçinin bildirib ki, növbəti qərarlar vəziyyətin necə inkişaf etməsindən asılı olaraq veriləcək.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın “Warner Bros” studiyası Ukraynadakı humanitar böhranı nəzərə alaraq martın 2-də Rusiyada premyerası planlaşdırılan “The Batman” filminin nümayişini təxirə saldığını açıqlayıb. Həmçinin ABŞ-ın “Netflix” striminq servisi Rusiyanın 20 federal telekanalını yayımlamaqdan imtina edib.

Xəbər lenti