Logo

Məşhur teatr onlarla işləməkdən imtina etdi

28.02.2022 18:27 432 baxış
IMG

"Metropoliten-opera" musiqili teatrı Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən rus sənətçilərlə əməkdaşlığı dayandıracaq.

Tehsil.biz  axşam.az-a istinadən xəbər verir ki, bu siyahıya Rusiyanın Xalq artisti Anna Netrebko da daxil edilə bilər.

Teatrın baş direktoru Peter Qelb "The New York Times"a açıqlamasında bu sözləri səsləndirib:

"Rusiya və ABŞ-də rəssamlar, mədəniyyət qrumları arasında uzun müddətdir mövcud olan isti dostluq və mədəni mübadilələrə qətiyyətlə inansaq da, Rusiyanı dəstəkləyən sənət adamları və ya qurumlarla artıq əməkdaşlıq edə bilmərik".

Sözügedən sənətçilərin kimliyi hələ dəqiqləşdirilməyib. Amma ilk növbədə bu, teatrın əsas ulduzlarından olan Annanın yaradıcılığına təsir edə bilər.

İfaçı instaqram hesabında müharibənin əleyhinə olduğunu bildirib və vurğulayıb ki, onun Ukraynada çoxlu qohumları və dostları var, onlar üçün narahatdır. Amma eyni zamanda Netrebko hesab edir ki, sənət adamlarını siyasi mövzularda ictimai çıxış etməyə məcbur etmək olmaz:

"Musiqiçiyəm və mənim məqsədim insanları birləşdirmək, siyasi fikir ayrılıqlarını aradan qaldırmaqdır".

Xatırladaq ki, hələ ötən ilin sentyabrında Peter teatrı Annasız təsəvvür etməyin mümkün olmadığını açıqlamışdı.

Qeyd edək ki, "Metropoliten-opera" Anna ilə yanaşı İqor Qolovatenko, Aida Qarifullina, Yuliya Matoçkina və Yelena Stixina kimi rus sənətçilər çalışır.

Onu da qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.

Xəbər lenti