Logo

Macarıstanda magistratura təhsili almaq üçün təqaüd proqramına sənəd qəbulu yekunlaşır

26.02.2022 17:25 391 baxış
IMG

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə elan etdiyi təqaüd proqramına sənəd qəbulu yekunlaşır.

Təhsil Nazirliyindən bildirilib ki, 2022-2023-cü tədris ilini əhatə edən təqaüd proqramına son müraciət tarixi fevralın 28-dir. Təqaüd proqramı qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistratura pilləsini özündə ehtiva edir. Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Xəbər lenti