Logo

İsveç Krallığında təhsil imkanı

24.02.2022 11:08 446 baxış
IMG

İsveç Krallığı tərəfindən 2022-2023-cü tədris ili üçün elan edilən təqaüd proqramına müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub. 

“İsveç İnstitutu Qlobal Peşəkarlar” adlı təqaüd proqramı müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin İsveç Krallığında magistratura səviyyəsində təhsili məqsədini daşıyır. 

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. 

Xəbər lenti