Logo

Azərcell sərfəli tələbə və şagird “TƏHSİl” internet paketi təqdim edib

17.12.2020 16:13 12340 baxış
IMG

“Azercell”in eksklüziv olaraq təqdim etdiyi “Təhsil” internet paketi ilə şagird, tələbə və əlbəttə ki, müəllimlər ictimai izolyasiya məhdudiyyətlərinə baxmayaraq, dərslərini rahatlıqla davam etdirə biləcəklər.

Tehsil.biz xəbər verir ki, rəqəmsal həllər üzrə dünya lideri olan “Microsoft” şirkətinin “Teams” tətbiqi istifadəçilərə zaman və məkandan asılı olmayaraq videokonfranslara paket üzrə qeyd olunan müddətdə qoşulma imkanı verir. Lakin “Microsoft Teams” adi videozəng tətbiqi deyil. “Teams”in bir sıra innovativ xüsusiyyətləri dərs prosesini asan və effektiv edir. Həmçinin, tətbiqi hal-hazırda aktual olan bütün əməliyyat platformalarında istifadə edə bilərsiniz: iOS, Android, Windows, MacOS və istənilən veb-brauzerdə.

“Azercell”in təqdim etdiyi “Təhsil” internet paketini günlük və aylıq paket formasında əldə etmək mümkündür.

Paket Açar sözünü 2525-ə göndərin İstifadə müddəti Limit Qiymət
Günlük tehsil1 24 saat 10GB 0.70 AZN
Aylıq tehsil30 30 gün 100GB 9.90 AZN

”Təhsil” internet paketinin digər, əsas internet paketləri ilə birgə istifadəsi tövsiyə edilir. Kampaniyanın müddəti bir aydır: 17.12.2020 – 17.02.2021

Xəbər lenti