Logo

NDU-nun əcnəbi tələbələri üçün “Ana dili milli sərvətimizdir!” mövzusunda dərs keçirildi

23.02.2022 11:26 405 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri üçün hazırlıq kursunda  filologiya üzrə fəlsəfə doktoru, dosent  Zülfiyyə  İsmayil 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana dili milli sərvətimizdir!” mövzusunda açıq dərs keçib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əlamətdar günün tarixi barədə ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" -  sözlərini xatırladan alim SSRİ dövründə ana dilimizin öz qüdrətini qorumasında ulu öndərin müstəsna xidmətlərini xüsusi qeyd edib. 

Bu gün dünyada 200-dən artıq ölkənin və 70 rəsmi dövlət dilinin mövcud olduğunu vurğulayan  Zülfiyyə  İsmayıl  tələbələrə  Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti