Logo

ADPU Tələbə Elmi Cəmiyyəti və Meh Ədəbi Dərnəyinin rəhbərlikləri arasında görüş keçirildi

22.02.2022 21:33 667 baxış
IMG

22 fevral tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Elmi Cəmiyyəti (TEC) və Meh Ədəbi Dərnəyinin rəhbərlikləri arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ADPU Tələbə Elmi Cəmiyyətinin sədr müavini Anar Salehoğlu-Qarayev qarşıdakı məqsədlərdən danışaraq Meh Ədəbi Dərnəyinin aktiv üzvlərinin, xüsusilə də elm və innovasiyaya həvəsli gənclərin iştirakı ilə ortaq layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov öz növbəsində qarşılıqlı əməkdaşlıq və inkişaf layihələrinin hazırlanmasına toxunaraq Meh Ədəbi Dərnəyinin elmi sferaya daim açıq olduğunu və ADPU Tələbə Elmi Cəmiyyəti ilə əməkdaşlığa maraq göstərdiyini qeyd edib.

Sonda əməkdaşlıq ediləcək layihələr barədə qərarlar qəbul edilmiş və xatirə şəkili çəkilib.

Xəbər lenti