Logo

Bakı Ali Neft Məktəbində master-klas keçirildi

22.02.2022 20:31 389 baxış
IMG

Bakı Ali Neft Məktəbinin müəllimi,  SOCAR-ın "Azneft” İstehsalat Birliyinin Modelləşmə və hasilatın proqnozu şöbəsinin rəisi, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin vitse-prezidenti Elvin Əhmədov “Yüksəlişə aparan yol” adlı master-klas keçib.

Tehsil.biz xəbər verir ki, master-klas BANM-in Neft-qaz mühəndisliyi kafedrasının təşəbbüsü ilə təşkil olunub və Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər.

Elvin Əhmədov uğur qazanmaq üçün şəxsi təcrübəsini bölüşüb, uğurlu mütəxəssis olmağın sirlərindən danışıb, tələbələrə tövsiyələrini verib.

Xəbər lenti