Logo

ADPU-da tələbələrə "Dolu" filmi nümayiş olunub

22.02.2022 20:10 1109 baxış
IMG

Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "ADPU Könüllüləri" Tələbə Birliyi (AKT) nəzdində fəaliyyət göstərən Sinema klubun təşkilatçılığı ilə Xocalı soyqrımına həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tələbələr əvvəlcə Xocalı soyqrımını əks etdirən miniatür rəsm sərgisi ilə tanış olmuş, daha sonra isə birlikdə "Dolu" filmini izləyiblər.

Ümumilikdə 200 nəfərin iştirak etdiyi tədbirdə tələbələrə erməni vandalizmi, onların törətdikləri cinayətlər haqqında məlumat verilib.

Qeyd olunub ki, bəşəriyyətə və xalqımıza qarşı törədilən cinayətləri unutmamaq və unutdurmamaq üçün əlimizdən gələnləri etmək müstəqil Azərbaycan gənclərinin müqəddəs borcudur. Müzəffər Azərbaycan gənci Vətən uğrunda istənilən cəbhədə savaşmağa daim hazırdır.

Xəbər lenti