Logo

MQİMO və ADBTİA arasında saziş imzalandı

22.02.2022 19:25 605 baxış
IMG

Moskvada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti)" (MQİMO) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma sazişi imzalanıb.

"Tehsil.biz"in məlumatına görə, sənədi MQİMO rektoru Anatoliy Torkunov və İdman Akademiyasının rektoru Fuad Hacıyev imzalayıblar.

Bu saziş MQİMO və İdman Akademiyası arasında elmi-tədqiqat, təhsil və konsaltinq layihələrinin, elmi-tədris tədbirlərinin, akademik və tələbə mübadiləsinin birgə həyata keçirilməsini, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Eyni zamanda, “İdman menecmenti” magistratura proqramının ikili diplom formasında tətbiq edilməsi haqqında iki ali təhsil müəssisəsi arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq MQİMO və İdman Akademiyası qabaqcıl Avropa universitetlərindəki tərəfdaşlarını da “İdman menecmenti” magistr proqramının həyata keçirilməsinə cəlb edəcək.

Qeyd olunan təhsil proqramını müvəffəqiyyətlə bitirən tələbələrə “İdman menecmenti” ixtisaslaşma dərəcəsi verilməklə MQİMO və ADBTİA-nın magistr diplomu təqdim olunacaq.

Xəbər lenti