Logo

BDU-da “Xocalı soyqırımı - 30” adlı foto və kitab sərgisi açılıb

22.02.2022 18:12 513 baxış
IMG

Bakı Dövlət Universitetinin Elmi kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı - 30” adlı foto və kitab sərgisi açılıb.

Tehsil.biz xəbər verir ki, sərgidə Xocalı soyqırımından bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bura "Qarabağ düyünü", “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi", "Vətən harayı", "Erməni terroru", "Xocalı soyqırımı" və bu qəbildən olan kitablar daxildir.

Sərgidə həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.

Sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

Xəbər lenti