Logo

Kinematoqrafçılar İttifaqı nəşrlərini Mədəniyyət və İncəsənət Universitetinə hədiyyə edib

22.02.2022 15:32 326 baxış
IMG

Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) növbəti nəşrlərini hədiyyə edib.

Bu barədə ADMİU-dan məlumat verilib.

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə verilmiş nəşrlər sırasında Robert Makkinin “Hekayə: ssenari yazılmasının əsasları, strukturu, tərzi və qaydaları” əsərində, “Kino terminlərinin izahlı müxtəsər lüğəti”ndə, “Quyu” və “Fokus” jurnallarında Kino və televiziya fakültəsinin tələbələri üçün dəyərli məlumatlar öz əksini tapıb.

Nəşrlər ixtisas kafedralarının müəllimlərinə təqdim edilib və tələbələrin yaxından tanış olması məqsədilə mərkəzin fondunda komplektləşdirilib.

Kino sənətinin müxtəlif məsələlərini əhatə edən bu mənbələr məzmun cəhətdən xeyli aktuallıq kəsb edir.

Xəbər lenti