Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 20-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, qəbul imtahanı zamanı sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.
Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17087 bakalavrdan 294 nəfəri imtahana gəlməyib.
1 nəfərdə mobil telefon aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.