Logo

BDU-da “Oxu klubu”nun üzvləri ilə ilk görüş keçirildi

21.02.2022 20:40 447 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Oxu klubu”nun üzvləri ilə ilk görüş keçirib.

Tehsil.biz xəbər verir ki, universitet əməkdaşları və tələbələrin şəxsi inkişaf səviyyəsinin artırılması məqsədi ilə keçirilən görüşdə məhsuldar və düzgün oxu üçün lazım olan şərtlər,  səhv oxu vərdişləri və onların aradan qaldırması yolları haqqında məlumat verilib. Həmçinin klub üzvlərinin hazırda oxuduqları ədəbiyyatla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, “Oxu  klubu”nun fəaliyyət planı çərçivəsində iştirakçıların oxu vərdişi və moderatorluq qabiliyyəti inkişaf etdiriləcək, ədəbiyyat nümunələri və  şeirlərin təhlili aparılacaq. Eyni zamanda, iştirakçıların oxu bacarıqlarının inkişaf etdirməsi məqsədi ilə psixi proseslər üzrə praktik çalışmalar da nəzərdə tutulub.

“Oxu klubu”nun üzvləri ilə görüş ayda 2 dəfə 2 saat olmaqla keçiriləcək.

Xəbər lenti