Logo

Gürcüstanda SOCAR-ın hesabına ali təhsil alan azərbaycanlıların yarıdan çoxu işlə təmin olunub

21.02.2022 20:00 410 baxış
IMG

"Qürurverici haldır ki, son illərdə Gürcüstanda ali təhsilli azərbaycanlı gənclərin sayı artmaqdadır. Bu istiqamətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin gördüyü işlər təqdirə layiqdir. Gürcüstanda SOCAR-ın hesabına ali təhsil alan azərbaycanlıların yarıdan çoxu işlə təmin olunub".

Tehsil.biz“Report”a istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Tbilisidə SOCAR-ın hesabına Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşdə deyib.

Onun sözlərinə görə, şirkətin dəstəyi sayəsində artıq yüzlərlə gənc ali təhsilə yiyələnib və onların yarıdan çoxu işlə təmin edilib. E.Əmrullayev SOCAR şirkətinə azərbaycanlı gənclərin ali təhsil alması istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirərək təşəkkür edib.

Nazir deyib ki, qonşu ölkədə milli azlıqların ali təhsil alması üçün nəzərdə tutulan "1+4" proqramının tətbiqi yaxşı nəticələr verib. O, Gürcüstanda yaşayan soydaşlarımızın ölkə cəmiyyətinin tam və bərabərhüquqlu üzvünə çevrilməsi üçün dövlət dilini bilmələrinin önəmini vurğulayıb.

"SOCAR Energy Georgia" şirkətinin Baş direktoru Mahir Məmmədov öz növbəsində deyib ki, şirkət 12 ilə yaxındır azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə uğurlu inteqrasiyası məqsədilə işlər görür. O qeyd edib ki, təhsilə dəstək proqramının daha da təkmilləşdirilməsi üçün işlər aparılır.

Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib ki, SOCAR-ın tələbələrin təhsilini maliyyələşdirməsi ilə bağlı yeni modellərin hazırlanması üzrə işlər aparılacaq. Diplomat qeyd edib ki, bu m müzakirələrdə tələbələrin fəal iştirakı çox önəmlidir.

Xəbər lenti