Logo

Magistratura imtahanında iştirak etməyənlərə vəsaitin hansı halda qaytarılacağı AÇIQLANDI

21.02.2022 17:13 380 baxış
IMG

COVİD-19 virusuna yoluxduğu üçün magistraturaya qəbul imtahanında iştirak edə bilməyənlərin ödədikləri vəsaiti hansı halda geri ala biləcəkləri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər kimsə COVID-ə yoluxursa və imtahandan bir neçə gün əvvəl DİM-ə müraciət edib bu barədə rəsmi sənədləri təqdim edirsə, həmin şəxslərin ödədikləri məbləğ geri qaytarılır.

"Lakin imtahandan sonra belə müraciət olursa, artıq onu təmin etmək mümkün olmur. Magistraturaya qəbul imtahanı il ərzində 2 dəfə keçirilir. İmtahanın 2 dəfə olması məhz iştirakçıları bu kimi gözlənilməz hallardan sığortalayır. Əlavə imtahanın keçirilməsi isə nəzərdə tutulmur", - qeyd olunub.

Xəbər lenti