Logo

Dövlət hesabına xaricdə təhsil proqramı bu illəri əhatə edəcək

21.02.2022 16:19 545 baxış
IMG

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı üzrə “2022-2026-cı illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” layihəsi hazırlanıb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, layihə aidiyyəti üzrə təqdim olunub.

Proqram layihəsi təsdiq edildikdən sonra müvafiq tədbirlər planına uyğun olaraq ictimaiyyətə təfərrüatlı məlumat veriləcək. 

Nazirlikdən o da bildirilib ki, xaricdə təhsil proqramının 2022-2023-cü tədris ilindən etibarən tətbiq edilməsi gözlənilir.

Xəbər lenti