Logo

“Erasmus+” CRENG layihəsi çərçivəsində master-klas dərsləri keçirilib

21.02.2022 14:42 373 baxış
IMG

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində onlayn master-klas dərsləri keçirilib.

Tehsil.biz xəbər verir ki, 4 gün ərzində keçirilən master-klas dərslərində Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının, Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, həmçinin magistratura və doktorantura tələbələri iştirak edib. 

Dərslər fəlakət vəziyyətlərində humanitar logistika və nəqliyyat xidmətləri, logistika sistemlərinin modelləşdirilməsi üzrə “AnyLogic”, qlobal depolama sistemlərində müasir problemlər, qlobal  nəqliyyat sistemində yükün iki və ya daha çox nəqliyyat vasitəsilə daşınmasında irəliləyişlər, riskin və böhranın proqnozlaşdırılması və s. mövzuları əhatə edib.

Sonda müstəqil auditorun iştirakı ilə layihənin ümumi monitorinqi keçirilib.

Xəbər lenti