Logo

Magistratura imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi

21.02.2022 12:54 470 baxış
IMG

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 20-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, imtahan nəticələri 3 gün ərzində elan ediləcək.

Bildirilib ki, fevralın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

Xatırladaq ki, fevralın 20-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirilib. İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.

İmtahanda iştirak üçün 17 min 97 bakalavr ərizə təqdim edib.

Xəbər lenti