Logo

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi olmaq istəyənlərin nəzərinə

21.02.2022 12:42 413 baxış
IMG

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır. 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 24 fevral 2022-ci il tarixinədək tələb olunan sənədləri [email protected]  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər. 

Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Xəbər lenti