Logo

ATU-da laparoskopik cərrahiyyə ilə bağlı beynəlxalq simpozium keçirildi

21.02.2022 08:39 378 baxış
IMG

Azərbaycan Tibb Universitetində “Laparoskopik cərrahiyyə: imkanları və üstünlükləri” mövzusunda beynəlxalq elmi-praktiki simpoziumu keçirilib.

Tehsil.biz xəbər verir ki, Respublika Müalicə və Diaqnostika Mərkəzi, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti  və Türkiyənin üç tibbi dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu sahədə dünyanın müxtəlif ölkələrində tətbiq olunan müalicə metodları, yeniliklər barədə məlumat verilib.

Tədbirdə giriş nitqi ilə Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin rəhbəri professor Müsfiq Həsənov, Respublika Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova, Türkiyənin Endoskopik Laparoskopik Cerrahi Dərnəyinin başqanı Professor Cavit Avcı çıxış edərək simpoziumun əhəmiyyətindən danışıblar.

Daha sonra Türkiyənin Endoskopik Laparoskopik Cerrahi Dərnəyinin qurucusu professor Levent Avtan, Travma və Acil Cərrahi Dərnəyin rəhbəri professor Orxan Alimoglu, Ostomi Cərrahi Dərnəyinin başqanı professor Ömər Alabas, İstanbul tibb universitetindən professor Hakan Yanar, ATU-nun Ümumi Cərrahiyyə kafedrasının müdiri professor Elçin Ağayev, ATU-nun II Cərrahiyyə kafedrasının müdiri professor Rauf Ağayev və dosenti Rasim Cəfərli  qarın boşluğu üzvləri xəstəliklərinin müalicəsində laparoskopiyanın üstünlükləri haqqında maraqlı məruzələrlə çıxış ediblər. Həmçinin, təcili cərrahiyyədə laparoskopiya, qastroektonomiyada cərrahi texniki detallar, qaraciyər exinokkozunun diaqnostikası və müalicəsində laparoskopik əməliyyatların xüsusiyyətləri və digər məsələlər barədə mütəxəssislərin fikriləri səsləndirilib.

Sonda məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.  

Xəbər lenti