Logo

"Bu standartlar əsasında ali təhsilin ciddi inkişafına ümid bəsləmək yanlışdır" - Rektor

20.02.2022 12:52 527 baxış
IMG

"Universitetlətin müasir şəraitdə üzləşdiyi ən böyük və hətta təhlükəli problem ondan ibarətdir ki, onlar peşəkar təhsil sahəsində artıq öz monopoliyasını itirirlər".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, universitetlərin ən böyük üstünlüyü verdikləri diplomdur: "Diplomlara isə getdikcə tələb azalır və bilik, vərdiş və bacarıq göstəricisi kimi diplomlar tədricən dəyərdən düşür. Yaxşı mütəxəssis göstəricisi kimi diplom artıq heç də hər zaman “sübut” deyil. Digər çox ciddi problem isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsidir. Ona görə də çox böyük sürətlə dəyişən və qeyri-müəyyənlik səviyyəsi durmadan artan dünyaya universitetlərin uyğunlaşması üçün vahid və dəyişməyən standartlara ehtiyac olmadığını düşünürük. Bu baxımdan hamı üçün vahid, eyni və məcburi olan standartlar əsasında ali təhsilin ciddi inkişafına ümid bəsləmək yanlışdır. Vaxt limiti isə böyük deyil".

Xəbər lenti