Logo

“Gələcək üçün bacarıqlar” komandası Azərbaycan Texnologiya Universitetində olub

18.02.2022 19:28 504 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin"İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş baş tutub.

Tehsil.biz xəbər verir ki, görüşdə qonaq qismində İnnovasiyalar Mərkəzi”nin Layihələrin idarə edilməsi departamentinin müdiri və layihənin rəhbəri Şəbnəm Məmmədova və layihə komandası iştirak edib. 

Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov universitetin innovasiya potensialının inkişafı baxımından layihədə iştirakın əhəmiyyətindən və əməkdaşlığa daim açıq olduqlarından danışıb.

Daha sonra komanda layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin mart ayından başlayacaq “Mentorluq proqramı”na hazırlıq işləri barədə məlumat verib.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

 “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Xəbər lenti