Logo

ASAPES-də UEFA “C” kateqoriya məşqçilik kursuna start verildi

18.02.2022 19:15 764 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq memorandumu çərçivəsində bakalavr səviyyəsinin “Məşqçilik” (futbol) ixtisası üzrə 4-cü kurs tələbələri üçün UEFA-nın “C” kateqoriya məşqçilik kursuna start verilib.

Tehsil.biz xəbər verir ki, ixtisasçı tələbələrin sonuncu tədris ili üzrə məşqçilik təcrübəsi fevralın 16-dan etibarən, 3 ay davam edəcək. Ümumilikdə kursda 40 tələbənin iştirakı nəzərdə tutulub. 

Kurs 4 moduldan ibarətdir. Nəzəri və praktiki biliklərdən əlavə ixtisasçılar ilkin tibbi yardım təlimlərini keçəcəklər. Son modulda isə gənc məşqçilər  “C” kateqoriya sertifikatı almaq üçün praktiki, şifahi və yazılı imtahan verəcəklər. 

Kursun əsas məqsədi peşə hazırlığının formalaşmasını təmin etmək, ixtisasçıları gələcək peşə sahəsi ilə yaxından tanış etmək və uşaq futbolunda lisenziyalı məşqçilərin fəaliyyətinə zəmin yaratmaqdır.

Xəbər lenti