"Müəllimlərin İşə Qəbul imtahanları ilə bağlı yeni qaydalar bir məktəbdə 3 ilə qədər çalışan müəllimlərə yerdəyişmədə iştirak etməyi qadağan etmir. Həmin şəxslər iş yerindən çıxdıqdan sonra imtahanda iştirak edə bilərlər".
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev billdirib.
Nazir deyib ki, müşahidələri onu göstərir ki, hər il bir neçə min müəllim iş yerini dəyişir.
"Şagirdləri də başa düşmək lazımdır ki, hər il siniflərinə başqa bir müəllim gəlir. Təhsil Nazirliyi olaraq da həmişə birinci prioritetimiz uşaqlardır. Qeyd edim ki, biz qəti şəkildə kiməsə imtahanda iştirak etməyi qadağan etmirik. Sadəcə bildiririk ki, mövcud iş yerindən çıxdıqdan sonra həmin yerə başqa müəllim gələ bilər" - nazir qeyd edib.