Logo

Təhsil naziri: "Şagirdlərdən telefonların yığılması müzakirə edilmir"

18.02.2022 14:02 755 baxış
IMG

"Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmir:

"Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm" - nazir qeyd edib.

Xəbər lenti