Logo

Şuşa və Ağdamda məktəblərdə tikinti işlərinə başlanılıb

18.02.2022 13:31 776 baxış
IMG

Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə başlanılıb.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır.

Xəbər lenti