Logo

Pandemiya şəraitində elmə inam artıb

17.12.2020 11:14 586 baxış
IMG

Elm Vəziyyəti İndeksi (State of Science Index, SOSI) adlı illik tədqiqatın əsas nəticəsinə əsasən,  pandemiya fonunda elmə və alimlərə olan inam son  üç il ərzində ən yüksəkdir. 

 

Bu gün respondentlərin 

 

- 89%  elmə etibar edir

 

- 86%  alimlərə etibar edir

 

-  77% pandemiya nəticəsində  elmin daha çox maliyyələşməyə ehtiyacı olduğu ilə razılaşır

 

-54%  elmin gündəlik həyatı üçün çox vacib olması fikri ilə razılaşır (pandemiyaya qədər bu rəqəm 44% olub).

 

- 92% bütün dünyada hesab edir ki, elmin qlobal pandemiyanı dayandırması üçün real hərəkətlərə keçməsi vaxtı çatıb  və bu da insanların elmə inamının artdığını göstərir.

 

Oruc Mustafayev

Xəbər lenti