Logo

Məktəbdənkənar təhsil müəssisələrində 10 mindən çox dərnək var

04.10.2020 14:27 526 baxış

Azərbaycan Respublikasının şəhər və rayonlarında 179 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən 92 uşaq idman-şahmat məktəbi, 87 uşaq-gənclər inkişaf mərkəzi fəaliyyət göstərir.

Tehsil.biz  xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” məcmuəsində əks olunub. Məlumata əsasən, məktəbdənkənar təhsil müəssisələrində 10 min 181 dərnək var. Bu dərnəklərin 132 min 930 üzvü var.

Xəbər lenti