Logo

Erasmus+ proqramında iştirak etmiş BANM məzunu: “Möhtəşəm təcrübə qazandım”

17.02.2022 11:15 861 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Avropanın bir sıra universitetləri ilə Erasmus+ tələbə mübadilə proqramı üzrə uğurlu əməkdaşlığı nəticəsində onlarla tələbə mübadiləyə qoşulub. 

Erasmus+ mübadilə proqramından faydalanan tələbələrdən biri də Səkinə Nağızadədir.

Səkinə Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2021-ci il məzunudur, hazırda bp şirkətində çalışır. O, 2019-cu ilin yaz semestri ərzində Erasmus+ çərçivəsində İspaniyanın Madrid şəhərindəki Alkala Universitetində təhsil alıb. 

Səkinə bu proqramın ona möhtəşəm təcrübə qazandırdığını, proqram sayəsində fərqli mühit, mədəniyyət və insanlarla tanış olduğunu bildirir. O deyir ki, orada yaşadığı təcrübə özünü kəşf etməsinə, tək fərd olaraq nələr edə biləcəyi haqqında fikirlərinin formalaşmasına stimul yaradıb: “Mübadilə sayəsində müxtəlif mədəniyyətlərdən insanlarla həmsöhbət olub, onların dünyaya baxışları ilə tanış olmaqdan çox zövq alırdım. Erasmusun ən möhtəşəm tərəfi isə Avropanın bir çox ölkə və şəhərlərinə səyahətimiz idi. Necə deyərlər, adama gəzmək qalır".

Səkinə təhsil aldığı universitetdə ölkəmizin təbliği ilə də məşğul olub. Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkil etdiyi bir neçə tədbirdə iştirak edib, həmçinin 28 May Respublika Günü münasibətilə universitetin müəllim və tələbə heyətinin iştirakı ilə tədbir hazırlayaraq onları Azərbaycanın təamları, incəsənət, musiqi və tarixi  ilə tanış edib.

Xəbər lenti