Logo

ASAPES müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu

17.02.2022 11:06 693 baxış
IMG

Sosial elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Dillər proqramı ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq TEFL Təlim İnstitutu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) xarici dil müəllimləri üçün “Dil tədrisində üsullar və prinsiplər” mövzusunda beynəlxalq sertifikatlı müəllim təkmilləşmə təlimi təşkil edib.

Tehsil.biz xəbər verir ki, təlimdə xarici dillərin söz ehtiyatı, idiomatik ifadələr və söz birləşmələrinin tədrisində ən son metodlar, öyrədici oyunların tədris sistemində tətbiqi, danışıq və digər bacarıqların tədrisində uyğun metodlardan istifadə yolları təqdim edilib.

Təlimi uğurla başa vurmuş 26 müəllim beynəlxalq təkmilləşmə sertifikatı əldə edib.

Xəbər lenti