Logo

Bakıda koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıtdı

17.02.2022 09:30 1032 baxış
IMG

Paytaxtdakı 60, 179 və  271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xəbər lenti