Fevralın 5-dən 12-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və “Idman menecmenti” magistr proqramının meneceri Elmira Məmmədova Böyük Britaniyanın Koventri şəhərində işgüzar səfərdə olublar.
Tehsil.biz xəbər verir ki, səfərin əsas məqsədi ASAPES və Koventri Universiteti arasında idman menecmenti istiqamətində mühüm yeniliklərə imza atmaq, Akademiyanın tələbələri üçün yeni təhsil imkanları yaratmaq, o cümlədən əməkdaşlıq perspektivlərini genişləndirməkdir.
Koventri Universitetinin nümayəndələri ilə keçirilmiş görüşdə idman və tədbirlərin idarə edilməsi üzrə proqram direktoru Benoa Seno, Qlobal əməkdaşlıq üzrə menecer Jenni Braun, marketinq və menecment fakültəsinin beynəlmilləşmə üzrə müdir müavini Kristal Janq iştirak ediblər.
Görüş zamanı əməkdaşlıq imkanları müzakirə olunub və növbəti addımlarla bağlı müəyyən qərarlar qəbul edilib.