"Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni Qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır".
Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, müəllim və müdavimlərin təklifləri əsasında təkmilləşdirilmiş Qaydalar müsabiqənin bilik və səriştəyə yönəlmiş alətlərlə təşkil edilməsi ilə yanaşı, sosial əhəmiyyətli vacib məqamları da ehtiva edir: "Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir. Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq".
Fəqan Əzimli