Logo

SDU-nun tələbəsi “Şuşa” milli mükafatına layiq görüldü - Foto

16.02.2022 18:42 477 baxış
IMG

Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev Şuşanın xalqımız üçün əziz və əvəzolunmaz bir məkan olduğunu, yetirdiyi böyük şəxsiyyətləri ilə seçildiyini bildirib.

O, Vətən müharibəsi dövründə düşmənin alınmaz qala hesab etdiyi Şuşanın əfsanəvi hərbi əməliyyatla xilas edildiyini diqqətə çatdıraraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz gücünü dünyaya göstərdiyini vurğuladı. Postmüharibə dövründə Şuşada aparılan quruculuq işlərindən bəhs edən E.Əliyev dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli" elan edilməsinin mədəniyyət beşiyimizin bərpa prosesini sürətləndirəcəyini, müxtəlif qurumların Şuşanın dirçəldilməsi istiqamətindəki fəaliyyətlərinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb 

Sonra çıxış edən “Zəfər Təntənəsi” təşkilatının direktoru Vəsilə Qabilqızı 30 ilə yaxın davam edən torpaq həsrətinin 2020-ci ilin payızında 44 gün ərzində başa çatdığını və Şuşanın hərb tarixinin ən mükəmməl döyüşü ilə əsarətdən qurtarıldığını bildirib. O, Şuşanın əvvəlki mədəni həyatına qovuşmaq üzrə olduğunu qeyd edərək, qədim torpağımızda həyata keçirilən layihələrdən və tədbirlərdən söhbət açıb.

Daha sonra “Şuşa” milli mükafatının təqdimat mərasimi keçirilib. Qazilər, Milli Məclisin deputatları, media nümayəndələri və Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Ömər Xəlilov fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırılıb.

Xəbər lenti