12 fevral tarixində orta məktəblərin pedaqoji heyəti üçün təlimlər keçirilib.
Tehsil.biz xəbər verir ki, keçirilən təlimlərin məqsədi orta məktəblərdə aparılan dərsdinləmələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılmasıdır. Təlimdə Azərbaycan dili, riyaziyyat, xarici dil və ibtidai sinif müəllimləri iştirak edib.
Həmçinin qeyd edilən 154, 227 və 301 nömrəli tam orta məktəblərdə şagirdlərlə psixoloji işin təşkili, məktəbin idarə olunması, müəllim və şagirdlərin etik davranışları, valideynlərlə düzgün ünsiyyətin qurulması mövzularında metodik dəstəyin göstərilməsi, seminarların keçirilməsi və digər fəaliyyətlər nəzərdə tutulub.
Qeyd edək ki, növbəti metodik dəstəyin göstəriləcəyi məktəblərdə də mərkəz tərəfindən müvafiq çatışmazlıqların aradan qaldırılması istiqamətində təlim və seminarlar davam etdiriləcək.