Logo

Rumıniyada təqaüdlə təhsil almaq üçün sənəd qəbulu aparılır

16.02.2022 18:07 403 baxış
IMG

Rumıniya Xarici İşlər Nazirliyinin 2022-2023-cü tədris ili üzrə elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramına martın 15-dək müraciət etmək olar.

Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Xəbər lenti