UNESCO-nun maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən həyata keçirilən “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsinin icrasına start verilib.
AzTU-dan bildirilib ki, məqsəd şagirdlərin (qız) ali təhsil almaq üçün ixtisas seçimində mühəndislik ixtisaslarına marağının artırılmasından ibarətdir.
Layihə çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon məktəblərində təhsil alan, kompüter elmləri, riyaziyyat, kimya, fizika fənlərinə maraq göstərən qızların (9, 10 və 11-ci sinif şagirdləri) STEM təlimlərinə cəlb olunması nəzərdə tutulub. Təlimlərdə qızların peşə seçiminə təsir göstərən valideynlərinə də mühəndislik ixtisasları üzrə təşfiqedici seminarların keçirilməsi planlaşdırılır.
Təlimlər Azərbaycan dilində keçiriləcək.