Logo

Bədən Tərbiyəsi və İdman Akademiyasında şəhid valideynləri ilə görüş keçirildi - Fotolar

15.02.2022 19:33 793 baxış
IMG

Fevralın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şəhid valideynləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə görüşdə iştirak edən məzun şəhidimiz Pərvin Əlizadənin valideynlərinə Akademiyada onun adı verilmiş auditoriya haqqında məlumat verilib.

Bildirilib ki, bu il Akademiyada istifadəyə verilən yeni, 3 mərtəbəli korpusda 14 şəhid məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adı auditoriyalara təyin olunub. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib.

Daha sonra Akademiyanın girişində quraşdırılan elektron lövhədə hər gün fasiləsiz olaraq nümayiş olunan şəhidlər haqqındakı slayda baxılıb.

Konfrans zalında davam edən görüşdə prorektor Rizvan Əliyev çıxış edərək Akademiyanın Vətən müharibəsi zamanı gördüyü işlər, şəhid məzunlar və ASAPES-in elmi-tədris laboratoriyasında müalicə alan qazilər haqqında danışıb, videoçarx göstərilib.

Sonda, şəhid məzun Pərvin Əlizadənin valideynlərinə xatirə nişanı olaraq, Akademiyada keçirilən zəfər sərgisində nümayiş olunmuş portret təqdim edildi və xatirə fotosu çəkdirilib.

Xəbər lenti