Logo

BDU-da dekan vəzifələrinə seçkilər başa çatdı

15.02.2022 17:10 937 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) dekan vəzifələrinə seçkilər başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Yeni seçilmiş dekanları təqdim edirik:

- Mamoy Mansurov - Geologiya fakültəsi,

- Ələmdar Bayramov -  Kitabxanaçılıq-informasiya fakültəsi,

- Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,

- Afət Məmmədova - Biologiya fakültəsi,

- Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,

- İbrahim Zeynalov - Tarix fakültəsi,

- Bəxtiyar Paşayev - Fizika fakültəsi,

- Elçin Məmmədov - Filologiya fakültəsi,

- Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,

- Laçın Abışlı -  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

- Fuad Kərimov - Kimya fakültəsi,

- Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.

Xəbər lenti