Logo

Bakı Ali Neft Məktəbinin müəllimləri BEOC-da təcrübə keçirlər

15.02.2022 13:13 625 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) I kurs magistratura tələbələri Vüsal Kərimov və Leyla Abdullayeva  “Bahar Enerji Əməliyyat Şirkəti”ndə (BEOC) təcrübə proqramı keçirlər.

Tehsil.biz xəbər verir ki, onlar, həmçinin Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının böyük laborantlarıdırlar.

Təcrübə proqramı Bakı Ali Neft Məktəbi ilə “Bahar Enerji Əməliyyat Şirkəti”
arasında “Birgə Sənaye Proqramı”na dair razılaşma əsasında həyata keçirilir. Razılaşmaya əsasən BANM-in Neft-qaz mühəndisliyi kafedrasının iki magistr tələbəsi yataqların modelləşdirilməsi ilə bağlı BEOC-da təcrübə proqramına qoşulurlar. Təcrübə müddətində tələbələr şirkətin Yeraltı tədqiqatlar departamentinin tərkibində işləyirlər və onlar yekunda təqdimat edəcəklər.

BANM-in müəllim-tələbələrinin 6 ay davam edən təcrübə proqramı iyun ayında başa çatacaq.

Xəbər lenti