Logo

DİM bu test tapşırıqlarının doğru cavab etalonlarını açıqladı

14.02.2022 17:13 753 baxış
IMG

Dövlət İmtahan Mərkəzi fevralın 13-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur. 

Xəbər lenti