Logo

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırıldı

14.02.2022 16:15 544 baxış
IMG

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Tehsil.biz xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “210 (iki yüz on)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilib.

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti