Logo

ADU rektorunun köməkçisi Anar Rəhimov konfransda iştirak edib

14.02.2022 15:42 608 baxış
IMG

Fevralın 14-də  Azərbaycan Dillər Universitetinin rektor köməkçisi Anar Rəhimov  Prezident Administrasiyası və Sosial tədqiqatlar mərkəzinin birgə təşkil etdiyi “Dezinformasiya şəbəkəsi və hibrid təhdidlər” mövzusunda informasiya savaşına həsr edilmiş konfransda iştirak edib.

O, 44 günlük Vətən müharibəsində universitet rəhbərliyinin təşəbbüsü və göstərişi ilə İnformasiya qərargahı yaradıldığını və həmin günlərdə universitetin kadr potensialından istifadə edərək, 100-dən artıq ölkəyə 22 dildə 5 minə yaxın məktub göndərildiyini vurğulayıb.

Anar Rəhimov eyni zamanda ölkəmizin informasiya savaşında universitet tələbələrinin də fəal dəstək verdiklərini, Azərbaycan həqiqətlərini sosial şəbəkə hesablarında müxtəlif dillərdə paylaşaraq dünyanın diqqətini erməni vandalizminə, ölkəmizin haqq səsinə cəlb etməkdə mühüm rol oynadığını qeyd edib.

Xəbər lenti