Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası" magistrantları batut gimnastikası üzrə FIG Dünya Kuboku AGF TROPHY 2022-də media nümayəndəsi qismində iştirak ediblər.
Tehsil.biz xəbər verir ki, magistrantlar yarışın ilk günü İdman TV-nin şərhçisi Fikrət Adıgözəlovun, ikinci günü isə Rəşad Rafiqoğlunun şərhini izləyiblər. Tələbələr, həmçinin digər KİV-lərin idman fotoqrafları ilə tanış olub, kubokdan çəkilən şəkillərə baxıblar. Digər ölkə nümayəndə heyətləri ilə də tanış olan magistrantlar kubokdan xoş təəsüratlarla ayrılıblar.
12-13 fevral tarixlərində Milli Gimnastika Arenasında keçirilən yarışda 13 ölkədən 52 idmançı iştirak edib. Dünya kubokunda ölkəmizi yığma komandanın üzvü Selcan Mahsudova təmsil edib. Təmsilçimiz yarışın ilk günü finala yüksələrək, təsnifat mərhələsində 52.780 bal toplayaraq gümüş medala layiq görülüb.